MALİYYƏ

Hər kəsin instaqramda “mavi işarə”si ola biləcək - YENİLİK

İnstaqramın premium abunəliyi haqqında yeni məlumatlar gəlib. İstifadəçilər təsdiq edilmiş nişanları alarkən tətbiqdaxili imtiyazlardan da faydalanacaqlar.

ENA.az xəbər verir ki, bu barədə “Meta Platorms” şirkətinin həmtəsisçisi Mark Zukenberq feysbuk hesabında məlumat verib.

Qeyd edib ki, abunəliyin aylıq qiyməti “web” üzərindən 11,99 dollar, “iOS” üzərindən 14,99 dollardan başlayır. Bu həftə Yeni Zellandiya və Avstraliyada tətbiq ediləcək yenilik daha sonra dünyanın bir çox ölkəsində işlək olacaq.

Ödənişli abunəlik üçün 18 yaşdan yuxarı olmaq, üzü göstərən profil şəkli ilə tam profil, dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi tələb olunur. Biznes profilləri hələki bu yenilikdən faydalana bilməyəcək. Yalnız instaqram hesablarına şamil olunan yenilik ehtimal ki gələcəkdə feysbuk üçün də mümkün olacaq.

Xatırladaq ki, Elon Maskın tivterə gəlişi ilə “mavi işarə”ni artıq ayda 8 dollar ödəməklə əldə etmək mümkündür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)