Rusiyada dollar daha da bahalaşdı

Moskva birjasında dolların məzənnəsi 73,54 rubla qalxıb.
ENA.az xəbər verir ki, dolların məzənnəsi 15 qəpik artaraq 73,54 rubla, avronun məzənnəsi 43 qəpik artaraq 78,02 rubla, yuanın məzənnəsi isə 6 qəpik artaraq 10,73 rubla yüksəlib.
Ekspertlər bildirir ki, 2023-cü ilin əvvəlində rublun ucuzlaşması Rusiya nefti və neft məhsullarına qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar valyuta gəlirlərinin azalmasını əks etdirir.
2023-cü ilin ilin birinci yarısında Dollar/Rubl məzənnəsinin 70-75 rubl diapazonunda, ikinci rübündə isə 75-80 rubl diapazonunda olacağı proqnozlaşdırılır. Ekspertlər bildirir ki, rublun dinamikası ticarət balansındakı dəyişikliklərdən, yəni ixrac və idxalın necə olacağından asılı olmaqda davam edəcək.