Gündəm

Nyu-Yorkda son 40 ilin ən güclü zəlzələsi oldu

ABŞ-ın Nyu-York şəhərinin şimal-qərbində son 40 ilin ən güclü zəlzələsi olub.

ENA.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Zəlzələ Eri qraflığında 3,8 bal gücündə qeydə alınıb. Yeraltı təkanların episentri Qərbi Seneka şəhərindən 2 kilometr şərqdə olub.

Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələnin Niaqara şəlaləsi ərazisində də hiss olunduğu qeyd edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)