ABŞ Maliyyə Nazirliyi Rusiyanın maliyyə, müdafiə və enerji sektorlarını hədəfə aldı
Nazirlik açıqlamasında bildirib ki, həssas mallar üçün ödənişləri asanlaşdırmaq üçün Rusiya və Çindəki iştirakçılar arasında qurulmuş sanksiyadan yayınma sxemi üzrə tədbir görülüb. Bu çərçivədə sözügedən plana daxil olan Rusiyadan 6 təşkilat və 1 nəfər, Çindən isə 9 təşkilat sanksiya siyahısına salınıb.
Açıqlamada, həmçinin sanksiyalardan yayınmaq üçün Rusiya səlahiyyətliləri ilə koordinasiya aparan Qırğızıstanda yerləşən maliyyə qurumu Keremet Bankın və ABŞ-ın sanksiya tətbiq etdiyi bir bankın da hədəfə alındığı və hazırda sanksiya altında olan 100-ə yaxın qurumun, onların fəaliyyət göstərdiyi səbəbiylə yenidən təyin edildiyi bildirilib. Rusiyanın maliyyə, müdafiə və enerji sektorlarında əməliyyatları asanlaşdırdığı qeyd edildi.
Bəyanatda vurğulanır ki, yeni sanksiya tətbiq edilmiş qurumlardan hər hansı biri üçün və ya onların adından bilərəkdən əhəmiyyətli əməliyyatlarda vasitəçilik edən xarici şəxslər məcburi ikinci dərəcəli sanksiyalara məruz qala bilərlər.
ABŞ Dövlət Departamentinin həmçinin Rusiyanın müxtəlif müdafiə sənayesi şirkətləri və hərbi sənaye bazasını dəstəkləyənlər də daxil olmaqla 150-dən çox təşkilat və şəxsə qarşı sanksiya tətbiq etdiyi bildirilən bəyanatda bugünkü sanksiyaların başda Çin olmaqla, bir çox ölkədən şirkətləri əhatə etdiyi ifadə edildi.
Bəyanatda qiymətləndirmələri yer alan ABŞ Maliyyə Nazirinin müavini Uolli Adeyemo, bu gün atılan addımların Rusiyanın ABŞ sanksiyalarını pozmasına və Ukraynadakı müharibə üçün silah istehsal etmək üçün lazım olan mallara çatmasına mane olduğunu vurğulayıb.
Adeyemo qeyd edib ki, ikinci dərəcəli sanksiyaların genişləndirilməsi Rusiyanın gəlir və mallara çıxış imkanlarını azaldacaq.