Hollandiyada qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı qalmaqallı iddia! - Hesabat gizlədilib
Amerikanın “New York Times” qəzeti 2009-cu ildə Hollandiyanın Amsterdam Schiphol hava limanına eniş etmək istəyərkən qəzaya uğrayan Türk Hava Yollarına (THY) məxsus təyyarə ilə bağlı qalmaqallı iddia irəli sürüb.
The New York Times, 2009-cu ildə Amsterdam Schiphol Hava Limanına eniş edərkən qəzaya uğrayan Türk Hava Yollarına (THY) məxsus Boeing 737-800 NG tipli təyyarənin, Hollandiya səlahiyyətlilərinin hesabatında iddia edildiyi kimi, pilot səhvi səbəbiylə qəzaya uğramadığını bildirdi. Qəzada riskli dizayn seçimləri və səhv təhlükəsizlik qiymətləndirmələrinin olduğunu da yazdı.
Qəza hesabatında Hollandiya səlahiyyətlilərinin ABŞ-ın təzyiqi ilə şirkətin səhvlərini gizlətdiyi iddia edilib. Boeing və ABŞ federal təhlükəsizlik rəsmilərinin təzyiqi altında Hollandiya rəsmilərinin qəza ilə bağlı hesabatı alt-üst etdiyini bildirdi.
Yazıda bu qəzadan sonra lazımi tədbirlər görülmədiyi üçün İndoneziya və Efiopiya təyyarələrinin qəzaya uğradığına diqqət çəkilib. 25 fevral 2009-cu ildə qəzaya uğrayan təyyarədə 3-ü pilot, 1-i kabin heyəti və 5-i sərnişin olmaqla, ümumilikdə 9 nəfər ölüb, 50 nəfər yaralanıb.
2010-cu ilin may ayında dərc edilən hesabatda qəzanın əsas səbəbinin təyyarədəki iki yüksəklik göstəricisinin fərqli dəyərlər göstərməsi ilə izah edilib. Yaxınlaşma zamanı avtopilotun bu hündürlük fərqinə görə təyyarənin sürətini azaltdığı və pilotların bu vəziyyəti gec fərq edərək vaxtında müdaxilə edə bilmədiyi iddia edilib.