PAŞA Bank-dan Mərkəzi Banka transfer olub
Azərbaycan Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinə yeni direktor təyin edilib.
Bununla bağlı qurumun sədri Taleh Kazımov əmr imzalayıb.
Beləlikllə, Umeyra Fərhad qızı İbrahimovaya həvalə olunub.
Buna qədər U.İbrahimova PAŞA Bank ASC-nin Qlobal bazar şöbəsində müdir idi.
Xatırladaq ki, U.İbrahimova Avstriyada yerləşən Mərkəzi Avropa Univeristitetində (CEU) magistr dərəcəsi alıb.