Sosial iqtisadiyyat

Dünyada taxılın qiyməti ucuzlaşıb

Taxıl dəhlizi vasitəsi ilə dünya bazarlarına göndərilən 17 milyon ton Ukrayna taxılının 5 milyon tonu Sahara səhrasının cənubundakı Afrika ölkələrinə çatdırılıb.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ruandaya səfəri çərçivəsində mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bugünədək Ukrayna limanlarında gəmi ilə yola düşən taxılın 60 faizdən çoxu aşağı və orta gəlirli ölkələrə göndərilib.

Nazir Çavuşoğlunun sözlərinə görə, bu amillər dünya bazarlarında taxılın qiymətini 8 faizədək ucuzlaşdırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)