“Rolls-Royce” ötən il rekord sayda avtomobil satıb

“Rolls-Royce” şirkətinin ötən il satdığı avtomobillərin sayı açıqlanıb.
Bu barədə şirkətin direktoru Torsten Müller-Otvos “Gulf News”a açıqlamasında məlumat verib.
O bildirib ki, 2022-ci ildə şirkət rekord sayda avtomobil satıb.
“Bu vaxta qədər heç belə olmamışdı. 12 ay ərzində 6 min ədəd avtomobil sata bilmişik. Bu, rekord saydır. Bütün modellərimizə ötən il yüksək maraq oldu”, – deyə o söyləyib.
Direktorun sözlərinə görə, satış göstəricisi 2021-ci ildəki müvafiq rəqəmlə müqayisədə 8 faiz artıb.