Sağlamlıq

Həkimlərin sertifikasiya imtahanları bu tarixdə KEÇİRİLƏCƏK

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin 26 dekabr 2022-ci ildən texniki səbəblərdən təxirə salınmış sertifikasiya imtahanlarının 11 yanvar 2023-cü ildən etibarən keçirilməsi bərpa edilir.

Səhiyyə Nazirliyindən (SN) verilən məlumata görə, həmin tarixlərdə imtahanı təxirə salınmış şəxslərə yeni imtahan tarixləri və yenilənmiş imtahan buraxılış vərəqələri cari ilin yanvar ayının 9-da təkrar göndəriləcək.

11 yanvar 2023-cü il tarixində keçiriləcək sertifikasiya imtahanında iştirakı nəzərdə tutulan şəxslər imtahan buraxılış vərəqəsində qeyd olunmuş ünvan və saatda sertifikasiya imtahanında iştirak üçün dəvət olunurlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)