Azərbaycanda 6 beynəlxalq brend hotel açılacaq
Ölkəmizdə ilk otel biznesinin inkişafı 2011-2013 illərə təsadüf edir. Pandemiyadan sonra yenə də bu sektorda böyük canlanma müşahidə olunur. Yaxın bir ildə Azərbaycanda 6 beynəlxalq brend hotelin açılması gözlənilir ki, bu da yeni iş yerlərinin yaranmasına gətirib çıxaracaq.
Bu sözləri Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.
Onun sözlərinə görə, yeni hotellər xarici turistlərin ölkəmizə cəlb olunmasında böyük rol oynayacaq.