Mikayıl Cabbarov: Qeyri neft-qaz sektoruna kapital qoyuluşu 25% artıb
2022-ci ilin yanvar-noyabr aylarında qeyri neft-qaz sektoruna kapital qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 24.5% artaraq 8789.7 mln. ₼-a çatıb.
ENA.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Həmçinin nazir bildirib ki, Bu ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14% artaraq 2 mlrd. 688 mln.$ təşkil edib.