Sosial iqtisadiyyat

Əmək müqavilələri elektron platforma üzərindən imzalanacaq

“Növbəti ildən bütün müqavilələr elektron platforma üzərindən imzalanacaq”.

Bu barədə Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkədə 2-ci dəfə keçirilən Azərbaycan Karyera İnkişaf Forumunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, növbəti ildə bu, qanunvericilik qaydasında tətbiq ediləcək: “Nazirlik olaraq biz ilk təşəbbüsü öz üzərimizə götürdük. Nazirliyin bütün müqavilələrinin elektron platforma üzərindən imzalanmasına cari ildə başladıq. Nöbvbəti ildə biz bunu qanunvericilik qaydasında tətbiq etməyə çalışacağıq. Bu çərçivədə kadr kargüzarlığı tam elektronlaşacaq. Mövcud əmək məcəlləsi xətalarının böyük hissəsi aradan qalxacaq. Həmçinin iş saatı, əmək ezamiyyəti, əmək məzuniyyəti və digər məsələlər elektron sistem üzərindən aparılacaq və burada texniki xətalara yol verilməyəcək. Əmək kitabçaları ləğv olunacaq, kağız üzərində əmrləşməyə ehtiyac qalmayacaq. Bunun bütün əmək münasibətlərinə şamil olunması üçün ətraflı proqram təminatları hazırlanıb”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)