Sosial iqtisadiyyat

Agentlik şirkətə məxsus anbarda nöqsanlar aşkarladı

Gəncə şəhəri, Ş.İ.Xətai prospektində fəaliyyət göstərən, “N.A.N.T.” MMC-yə məxsus anbarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

ENA.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, anbarda 3, 5 və 6 kiloqramlıq qutularda müxtəlif çəkilərdə qablaşdırılmış etiket məlumatları qeyd edilməyən “Klyukvennaya”, “Snejok”, “Ptiçye moloko”, “İmbimaya”, “Belissimo” əmtəə nişanlı şəkərli qənnadı məmulatlarının satışının həyata keçirildiyi müəyyən edilib.

Agentlikdən verilən məlumata görə, aşkar edilmiş nöqsanlarla bağlı inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və icrası məcburi göstərişlər verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department