Azərbaycanın dəniz limanlarından keçən yüklərin həcmi artdı
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi 32,3% - 10 milyon 716,4 min tona qədər artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, yüklərin ümumi həcmindən 9 milyon 908,2 min ton və ya 92,5% beynəlxalq tranzit yüklərin, 7,5% yerli yüklərin payına düşüb. Tranzit yüklərin həcmi 2021-ci ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə 28% artıb.
2022-ci il dekabrın 1-nə Azərbaycanın limanlarında 347,5 min ton yük qalıb.
2021-ci ildə dəniz limanlarında 8 milyon 876,1 min ton həcmində yükləmə-boşaltma işləri (artım 1,1%) həyata keçirilib, bunun 8 milyon 411,8 min tonu və ya 94,8%-i beynəlxalq tranzit yüklərin, 5,2%-i yerli yüklərin payına düşüb. Tranzit yüklərin həcmi 2020-ci illə müqayisədə 2,8% artıb.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Limanı ərazisində bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.