Azərbaycan nefti yenidən ucuzlaşır
"Azeri Light" markalı Azərbaycan nefti yenidən ucuzlaşıb.
ENA.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,17 ABŞ dolları, yaxud 1,36 % azalaraq 84,77 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.