Sənaye

“Azon zavodu”na yeni rəhbər təyin edilib

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Azon zavodu” MMC-yə yeni rəhbər gətirilib.

Məlumata görə, yeni təyin edilən direktor Samir Əliyev Vidadi oğludur.

Buna qədər vəzifədə Yaşar İbrahimov Qurban oğlu idi.

Qeyd edək ki, 2006-cı ilin sentyabr ayından Azon zavodu Azərbaycan Rеspublikası Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir. Azon zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)