Vakansiyalar

Cyberpoint işçi axtarır - MAAŞ 2000-2500 AZN

Baş mühasib

 Son tarix 12 yan 2023 

Öhdəli̇klər:

  • Aylıq, rüblük və illik Vergi bəyannamələrini (əlavələrlə birlikdə), Statistika hesabatlarını tərtib və təqdim etmək;
  • Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, mühasibat əməliyyatlarının uçotunu aparmaq;
  • Kassa və bank əməliyyatlarının, xaricə köçürmələrin əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
  • E-qaimələrin və satış sənədlərinin hazırlanması;
  • Tenderdə iştirak üçün lazımi sənədlərin aidiyyatı qurumlara göndərilməsi;
  • Əsas vəsaitlərin və anbar inventarizasiyası işinin təşkili;
  • Mühasibat əməliyyatlarının 1C əməliyyat sistemlərinə daxil edilməsi və mütəmadi olaraq yoxlanılması;
  • Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq və təsdiq etmək.

Tələblər:

  • Müvafiq sahədə ali təhsil;
  • Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və tələb olunan digər normativ hüquqi aktlar barədə müvafiq biliklərin olması
  • Mühasibat uçotu üzrə minimum 3 il iş təcrübəsi
  • MS Excel yüksək səviyyədə
  • 1C ( 8.3), BTP, EMAS
  • Analitik düşünmə qabiliyyəti, Cavabdehlilik və məsuliyyətlilik
  • Nəticəyönümlülük və punktuallıq.

İş Şərai̇ti̇:

  • 5 günlük iş rejimi
  • Əmək haqqı: 2000-2500 Azn

 Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində “Baş mühasib” qeyd etməklə CV formasını cv@cyberpoint.az göndərin.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department