Sosial iqtisadiyyat

Nağdsız əməliyyatlara görə qaytarılan ƏDV 17.5 faizə qaldırıldı

Nağdsız əməliyyatlar stimullaşdırılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağdsız əməliyyatlara görə 15 faizdən 17.5 faizə qaldırılması təklif olunur.

Eyni zamanda nağd əməliyyatlara görə geri qaytarılan ƏDV isə 10 faizdən 5 faizə azaldılıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)