Əmək Müqaviləsinə xitamla bağlı - 2 YENİ CİDDİ TƏLƏB
Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinə 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb.
"BI" xəbər verir ki, bu yazımızda Əmək Məcəlləsinin əmək müqaviləsinin xitam verilməsinin sənədləşdirilməsi ilə bağlı məlumat verəciyik:
83-cü maddə (Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası) üzrə:
1-ci hissədə ―onun ləğv edilməsinin sözləri ―ona xitam verilməsinin sözləri ilə,
68, 69, 70, 73, 74 və 75-ci maddələrində sözləri ―68.2-ci maddəsində sözləri ilə,
müqaviləsinin ləğv edilməsi sözləri ―müqaviləsinə xitam verilməsi sözləri ilə,
rəsmiləşdirilməlidir sözü ―rəsmiləşdirilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi əmək müqaviləsinə xitam verildiyi tarixdən gec olmayaraq elektron informasiya sisteminə daxil edilməlidir sözləri ilə əvəz edilsin;
2-ci hissədə ―müəssisənin sözü çıxarılsın, ―pul əvəzi sözləri ―kompensasiya sözü ilə əvəz edilsin, ―möhürü sözündən sonra ―(möhür olmadıqda imzası, VÖEN-i qeyd edilməklə) sözləri əlavə edilsin.
Aşağıdakı redaksiyada 3-cü hissə əlavə edilsin:
Müddətli əmək müqavilələrinin iki aydan az müddətə bağlanıldığı hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin (sərəncamının, qərarının) əmək müqaviləsinə xitam verildiyi tarixdən 2 aydan çox qabaqcadan verilməsinə yol verilmir.
Dəyişikliklər üzrə bəzi redaktə tipli düzəlişlər olsa da, üç təklif diqqəti çəlb edir. Birincisi, Əmək Məcəlləsinin müvafiq maddəsinə əlavə təklif edilir edilir ki, işçinin əmək müqaviləsinə xitam verdikdə, mütləq olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi əmək müqaviləsinə xitam verildiyi tarixdən gec olmayaraq elektron informasiya sisteminə daxil edilməlidir. Qeyd edək ki, Əmək Məcəlləsinə təklif edilən başqa bir maddəyə əsasən, əmək müqaviləsi üzrə dəyişikliklərin vaxtında reyestrə daxil edilməməsi ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulur.
İkinci təklif odur ki, artıq işəgötürənin işəgötürənin əmri (sərəncamı, qərarı) hazırlayarkən möhüru olmadıqa imzası və VÖEN-i qeyd etməklə əmək müqaviləsinə xitamı rəsmiləşdirə bilər. Bu düzəliş daha çox fərdi sahibkar olan işəgötürənlər üçün nəzərdə tutulub.
Üçüncü təklif əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin (sərəncamının, qərarının) verillmə tarixi ilə bağlıdır. Əmək Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulan bəndə əsasən, əmr(sərəncam, qərar) əmək müqaviləsinə xitam verildiyi tarixdən 2 aydan çox qabaqcadan verilməsinə yol verilmir. Fikrimizi misalla izah edək, misal üçün 01 oktyabr 2019-cu ildə əmr verə bilməz ki, işçinin 31 dekabr 2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilsin. Mütləq olaraq, xitam günü ilə əmrin tarixi arasında maximum 2 ay vaxt olmalıdır. Təbii ki, bu məhdudiyyət mmüddətli əmək müqavilələrinin iki aydan az müddətə bağlanıldığı hallara aid edilməyəcək.
(c) Mks.az