Azərbaycana köçürülən pulların həcmində rekord qeydə alınıb
İlkin rəqəmlərə əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana daxil olan pul baratları $2 milyard 589 milyon olub. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
“2022-ci ilin 9 ayı ərzində ölkəyə daxil olan pul baratları 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə artaraq $2 milyard 589 milyon təşkil edib”, - deyə məlumatda bildirilir.
2022-ci ilin I rübündə ölkəyə daxil olan pul baratlarının həcmi 211 milyon dollar, II rübdə 917 milyon dollar, III rübdə 1 milyard 461 milyon dollar təşkil edib.
2021-ci ildə fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri 1 milyard 133,391 milyon dollar təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3,6% çoxdur.