Sosial iqtisadiyyat

Güzəştli ipoteka krediti ilə bağlı dəyişiklik edildi - FƏRMAN

Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edib.

ENA.az xəbər verir ki, İlham Əliyev bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Vətən Müharibəsi Qəhrəmanlarına, onların həyat yoldaşlarına və övladlarına güzəştli şərtlərlə ipoteka kreditindən istifadə etmək hüququ verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department