Bank

"NBC Bank"ın səhmdarları ötən ilin fəaliyyətini müzakirə edəcək

Bu ilin martın 7-də saat 11:00-da "NBC Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bankdan verilən məlumata görə, ümumi yığıncaqda "NBC Bank"ın 2018-ci ilin yekunlarına dair fəaliyyəti müzakirə ediləcək, ASC-nin nizamnaməsinin 2-ci redaksiyada təsdiq edilməsi barədə məsələyə baxılacaq.

İclas "NBC Bank" ASC-nin Bakı şəhəri, Müzəffər Nərimanov, məhəllə 20/54 ünvanında yerləşən mərkəzi ofisində keçiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)