Azərbaycanda ixracın və investisiyaların təşviqi üçün yeni strategiyalar hazırlanıb
Azərbaycandan qeyri-neft məhsullarının ixracının təşviqi və Azərbaycana birbaşa xarici investisiyaların təşviqi üçün 2023-2026-cı illəri əhatə edən strategiyalar hazırlanıb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev bildirib.
O, həmçinin xatırladıb ki, Rəqabət Məcəlləsinin layihəsi hazırlanaraq hökumətə təqdim edilib.