Bütün avtobuslar kart sisteminə keçir - TARİX AÇIQLANDI
Bu ilin sonunadək bütün avtobusların "BakıKart" sisteminə inteqrasiyası yekunlaşacaq.
"BI" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib.
- Eləcə də bax: Parkinqlər 2 saatdan sonra ödənişli olacaq
V.Kərimli qeyd edib ki, bununla bağlı müvafiq tapşırıqlar verilib:
"Həmçinin ilin sonuna kimi "Bakıkart" ödəmə kartının balansının onlayn artırılması mümkün olacaq, bir sərnişinin gün ərzində "Bakıkart"dan nə qədər istifadə etdiyi bilinəcək.
- Eləcə də bax: "BakıKart"la bağlı mühüm - YENİLİK
Bundan başqa, avtobus sürücülərinin özləri də kartla təmin ediləcək. Bu çox çətin prosesdir. Hazırda bununla bağlı bir şirkətlə danışıqlar aparılır. Razılıq əldə ediləndən sonra bu sistemin tətbiqinə başlanacaq və ilin sonuna qədər yekunlaşacaq".