Bank

Azərbaycan banklarının aktivlərinin 9 aylıq dinamikası - REYTİNQ

Bu ilin 9 ayının nəticələrinə görə Azərbaycanın bank sektorunda əsas göstərici – aktivlərin həcmi üzrə dinamika maraqlı nəticələr göstərir. 30 sentyabr 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri yeni rekord səviyyəyə - 43 milyard 633,2 milyon manata çatıb. Aktivlərin 27 milyard 760 milyon manatı 3 bankın – ABB, Kapital Bank və PAŞA Bankın payına düşür.  Faizlə ifadə etsək bu o deməkdir ki, cəmi aktivlərin 63,6 %-i 3 bankın əlində cəmləşib. Qalan 23 bankın aktivləri isə cəmi 15 milyard 863 milyon manatdır.

Aktivlərin artımına görə top 5 banklar aşağıdakılardır:

  1. Azərtürk Bank – 51,8%
  2. Yelo Bank –32.9%
  3. Bank of Baku  – 23.9%
  4. Unibank - 21.2%
  5. Bank Respublika – 20.5%
  6.  

Ötən 6 ayda aktivləri azalan top 5 banklar bunlardır:

  1. Rabitəbank – 14.1%
  2. Azərbaycan Sənaye Bankı –13.8%
  3. Bank VTB (Azərbaycan) - 6.0%
  4. Pakistan Milli Bankının Bakı filialı – 5.2%
  5. Yapı Kredi Bank Azərbaycan –4.0%

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department