Gündəm

“ABŞ İran qarşısında Azərbaycanın yanındadır”

“Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın regionda, eləcə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı səylərimizi davam etdirəcəyik”.

ENA.az xəbər verir ki, bunu brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O, ABŞ-ın İran qarşısında Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib:

“ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu bu həftənin əvvəlində görmək imkanı olub. İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)