"Kapital Bank" 2024-cü ilin maliyyə nəticələrini elan edib
"Kapital Bank" ASC 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
Hesabata görə, bu il yanvarın 1-nə Bankın aktivləri 11 milyard manat, o cümlədən müştərilərə verdiyi kreditlər 5,2 milyard manat təşkil edib.
Bundan başqa, "Kapital Bank"ın depozit portfeli 9 milyard manat, tutulmalardan sonra məcmu kapitalı 977 milyon manat, adi və imtiyazlı səhmlərinin dəyəri isə 265 milyon manat olub.
Ətraflı məlumat: https://kbl.az/drhp
"Kapital Bank" "Moody’s" və "Standard & Poor’s" beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün — https://kbl.az/prcrc.