Gündəm

Nazir İran-Azərbaycan gərginliyinə münasibət bildirdi

“Azərbaycanın xarici siyasəti ondan ibarətdir ki, qonşu ölkələrlə yaxşı münasibətlər olsun. Biz bu istiqamətdə ardıcıl addımlar atmışıq. İranla Azərbaycan arasında bir sıra layihələr həyata keçirilib”.

ENA.az-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

XİN başçısı bildirib ki, İran mediasında Azərbaycana qarşı söylənilən fikirlər narahatlıq doğurur:

"İranlı həmkarım bu məsələlərə həssaslıqla yanaşır və münasibətlərimizdə xoşagəlməz halların aradan qaldıırlması üçün addımlar atır. Bizim onlarla birbaşa əlaqələrimiz var”, - nazir vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)