Sağlamlıq

Səhiyyə Nazirliyi: "Pandemiyanın bitməsilə bağlı qərar veriləcək"

"Bu gün Azərbaycanda əhalinin təxminən 50 faizi vaksinasiyadan keçib".

ENA.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Nazir son günlər yoluxmanın azalmasını koronavirusa qarşı müqavimətin artması və kollektiv immunitetin formalaşması ilə əlaqələndirib:

"Ölkəmizdə koronavirusa yoluxanların sayı 800 mindən bir qədər çoxdur. Bu, onu göstərir ki, kollektiv immunitetin formalaşmasında əsas təsir edən faktor vaksinasiyadır. Koronavirusun yeni mutasiya olunmuş ştamları meydana gələ və virusun təkamülü baş verə bilər. Bunun necə gedəcəyi məlum deyil. Ona görə də beynəlxalq təşkilatlar pandemiyanın bitdiyini hələ elan etməyib. Yəqin ki, müəyyən vaxtdan sonra bu məsələlərə baxılacaq və pandemiyanın bitməsi ilə bağlı qərarlar qəbul olunacaq".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)