Sağlamlıq

Dövlət Agentliyi məlumat yayıb: Bu içkilər enerji içkisi deyil

Araşdırmalar nəticəsində aşağıdakı içkilərin enerji içkisi olmadığı müəyyən edilib:

1. “Caucasus Energy” MMC tərəfindən istehsal edilən “Roarx Gold Punch” – enerji içkisi deyil;

2. “Caucasus Energy” MMC tərəfindən istehsal edilən “Roarx Red Fire” – enerji içkisi deyil;

3. “ENNA” MMC tərəfindən istehsal edilən “Plus Power” – enerji içkisi deyil;

4. “Berg Energy” MMC tərəfindən istehsal edilən “Berg the great Power” – enerji içkisi deyil.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

O da bildirilir ki, markalanmasında aşkarlanan uyğunsuzluqlarla əlaqədar “A+CO” MMC tərəfindən istehsal olunan “Full Energy” içkisinin ticarət şəbəkələrindən geri çağırılması və məhv edilməsi təmin olunub. Hazırda “Full Energy” içkiləri tələblərə uyğun yeni qablaşdırmada istehsal edilir. Buna baxmayaraq, aparılan təkrar monitorinqlər zamanı “A+CO” MMC tərəfindən oxşar pozuntulara yol verildiyi aşkarlanıb. Belə ki, həmin müəssisədə istehsal edilən “Enershock”un enerji içkisi olduğu təsdiqini tapsa da, enerji içkilərinə dair qanunvericilikdə nəzərdə tutulan markalanma tələblərinin pozulduğu aşkarlanıb. Qeyd edilən halla bağlı müəssisədə zəruri tədbirlərin görülməsinə başlanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)