Gələn ilin sonunda orta aylıq pensiyanın 14,2% artacağı proqnozlaşdırılır
Növbəti ilin sonunda orta aylıq pensiya məbləğinin ilin əvvəli ilə müqayisədə 52,6 manat və ya 14,2% artaraq, 422 manat olacağı proqnozlaşdırılır.
Bu, “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Rəydə qeyd edilib ki, hüquqi aktlara əsasən indeksləşmənin orta aylıq əmək haqqının artım tempinə uyğun aparıldığını diqqətə alaraq, qeyd etmək olar ki, pensiyaların orta aylıq məbləğində nəzərdə tutulmuş artım tempi cari ilin əvvəli ilə müqayisədə sonuna orta aylıq əmək haqqının 14,5% səviyyəsində artımına uyğundur.
Beləliklə, 01.01.2024-cü ilə dair proqnoza görə, orta aylıq pensiya yaşa görə 465, əlilliyə görə 372,4, ailə başçısını itirməyə görə isə 363,5 manat olacaq.