Avtomobil

Bakıda 10 hektar ərazidə yeni avtomobil bazarı tikilir – VİDEO

Bakıda 10 hektar ərazidə yeni avtomobil bazarı tikilir.

Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində inşa edilən bazarın hazırda 4 hektarlıq ərazisində işlər yekunlaşıb.

Asfalt vurulub, avtomobillərin sıra ilə dayanması üçün cizgi xətləri çəkilib. Bazarın nümayəndəsi Kəmallədin Qədim deyir ki, burada satış həm açıq havada, həm də qapalı şəraitdə həyata keçiriləcək.

Alqı-satqıya cəlb edilən avtomobillərin vaxt itirmədən diaqnostika edilməsi üçün bokslar olacaq. Hazırda həmin təmir sexlərinin tikintisi aparılır.

Bazarın yaxın günlərdə istifdəyə verilməsi planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)