Səhiyyə Nazirliyi bu dərman vasitəsini geri çağırıb
![](https://ena.az/uploads/news/2019-01/_businessinsider_da2bcc2f082fab6ce48dd73e4_o.jpg)
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Wörwag Pharma GmbH and Ko.KG” şirkətinin “Thiogamma®Turbo” infuziya üçün məhlul dərman vasitəsinin 18F103 seriya ilə buraxılmış flakonları geri çağırılıb.
Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, həmin seriyalı flakonlar ölkəyə idxal olunmamışdan yoxlama zamanı problem aşkar olunub:
“İdxala icazə verilməyib. Yəni ölkəyə həmin seriyalı flakonlar idxal olunmayıb”.
2018-ci ildə Dərman vasitələrinin idxal-ekspertiza şöbəsi tərəfindən mərkəzin laboratoriyasına yönləndirilmiş 31886 sayda dərman vasitəsinin analizi aparılaraq müvafiq rəylər verilib.