Kredit təşkilatının qazancı 4 dəfəyə yaxın artıb
“Finex Kredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 189 min 870 manat mənfəət ilə başa vurub. Xalis mənfəət 2017-ci ilə nisbətən 3,7 dəfə artıb.
"BI" xəbər verir ki, bunu Təşkilatın İdarə Heyətinin sədri Rəşad Şöhrət oğlu Qasımov bildirib.
O qeyd edib ki, 2018-ci ilin yekun hesabatına əsasən, şirkətin aktivləri 2 dəfə, kredit portfeli 168,2%, müştəri sayı 159% artıb.
R. Qasımov əlavə edib ki, hazırda “Finex Kredit” 800 min manat nizamanmə kapitalına malikdir. Artıq səhmdarlar nizamnamə kapitalının 200 min manat artırılaraq 1 milyon manata çatdırılması barədə qərar qəbul ediblər.