BVF Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu pisləşdirib
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan iqtisadiyyatının 2022-ci ildə 3.7%, 2023-cü ildə isə 2.5% artacağını proqnozlaşdırır.
ENA.az bunu BVF-nin qlobal iqtisadiyyatın inkişaf perspektivlərinə dair dünən açıqladığı oktyabr hesabatına istinadla bildirilir.
BVF tərəfindən açıqlanan iyul hesabatında Azərbaycan iqtisadiyyatının 2022-ci ildə 3.8%, 2023-cü ildə isə 2.6% artacağını proqnozlaşdırmışdı.
Bununla da BVF Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozunu illər üzrə müvafiq olaraq hər birində 0.1 faiz bəndi azaldıb.
Fond 2022-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 12.2% (iyul proqnozu – 12,3%), 2023-cü ildə isə 10.8% olacağını gözləyir.