Axtar

"Demək istəyirlər ki, bacarırsınızsa, 30-la sürün" - Ekspert

Paytaxtın mərkəzində xeyli küçədə maksimal hərəkət sürətinin 30 km/saat müəyyən edilməsi əslində heç nəyi dəyişməyəcək.

ENA.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov bildirib.

"Bu, 2021-ci ildən dünyada geniş müzakirə edilən və bəzi ölkələrdə tətbiq edilən bir təhlükəsizlik tədbirinə qoşulmaqdır. Hamımız gözəl bilirik ki, siyahıdakı küçələrdə nəqliyyatın real faktiki sürəti hətta 20 km/saat-dan da aşağıdır. Bunu nəzərə alaraq son dəyişikliyi zarafat da hesab edə bilərik: Demək istəyirlər ki, bacarırsınızsa, 30-la sürün. Bu dəyişikliyin sadəcə bir effekti ola bilər: sürücülərimizə yüksək sürətin təhlükəli olduğunu xatırlatmaq", - Ə.Hüseynov deyib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33