Gürcüstanda pilotsuz kəşfiyyat və döyüş aparatları istehsal olunacaq
Bu ilin sonunadək Gürcüstanda pilotsuz kəşfiyyat və döyüş aparatlarının istehsalına başlanılacaq.
Bu barədə jurnalistlərə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze məlumat verib.
Onun sözlərinə görə, artıq pilotsuz uçuş aparatlarının istehsalını həyata keçirən Polşa şirkəti ilə bütün rəsmi prosedurlar başa çatıb. Polşa şirkətinin məhsulları praktikada fəal şəkildə istifadə edilir.
“Gürcüstanın Delta şirkəti ilə Polşa şirkəti arasında birgə özəl müəssisə yaradılıb. Cari ilin sonuna kimi istehsala başlanılacaq”,- deyə nazir vurğulayıb.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, müəssisənin bazasında tədris mərkəzi də yaradılacaq.