Paşinyan 49 erməni hərbçinin öldüyünü açıqladı
![](https://ena.az/uploads/news/2022-09/_ena_ffa3be8a2d13dd976f18ef5f9_o.jpg)
“Ermənistan tərəfindən 49 hərbçi ölüb”.
ENA.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, bu, hələ son rəqəm deyil.
O bildirib ki, döyüş əməliyyatlarının intensivliyi azalıb.
Paşinyan, həmçinin Ermənistanın KTMT-yə müraciət etdiyini təsdiq edib və qeyd edib ki, ölkənin müraciəti əsasında KTMT Daimi Şurasının Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclası keçirilir.