Sosial iqtisadiyyat

Gürcüstan Rusiya vətəndaşlarını kütləvi şəkildə ölkəyə buraxmır

Rusiyalılara Gürcüstan ərazisinə girişə kütləvi rədd cavabları verilir. “Agentstvo” xəbər verir ki, bu barədə “Free Russia Foundation” ictimai təşkilatının Cənubi Qafqazdakı direktoru Yeqor Kuroptev danışıb.

Onun sözlərinə görə, Gürcüstan bir neçə həftə öncə rusiyalılara səfər etmək üçün sərhəd nəzarətini gücləndirib, indi hər gün onlarla insanın girişinə icazə verilmir:

“İstər peşənin, istər Gürcüstanda yaşamaq faktının, istərsə də kirayə ev üçün müqavilənin olmasının fərqi yoxdur. Yaşayış sənədi, iqamət icazəsi yoxdursa, başqa heç bir sənəd Rusiya vətəndaşları üçün Gürcüstana giriş zəmanəti deyil”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Gürcüstan rusiyalı turistlər üçün ən populyar ölkələrdən birinə çevrilib. Belə ki, Qərbin rəsmi Moskvaya sanksiyaları çərçivəsində Rusiya vətəndaşları üçün həmin ölkələrə girişə əngəllər yaradılmağa başlayıb.

Eyni zamanda, müharibənin başlaması ilə rusiyalı bir çox siyasi aktivist və jurnalistlər Gürcüstana köçüblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)