Sosial iqtisadiyyat

Fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilərmi?

Mingəçevir şəhərində qeydiyyatda olan lakin Bakı şəhərində yaşayan şəxs Bakıda VÖEN ala bilərmi?

ENA.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar, vergi orqanı tərəfindən vergiödəyicisi olan fiziki şəxslər uçota alındıqda yaşadıqları ünvan barəsində məlumatlar onların şəxsi məlumatlarına daxil edilir.

Bunu nəzərə alaraq vergiödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergiödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department