Azərbaycanda pul bazası 10% azalıb
2022-ci il iyulun 29-na Azərbaycanda pul bazasının həcmi 16 milyard 120,4 milyon manat təşkil edir. Azərbaycan Mərkəzi Bankın məlumatına görə, 2021-ci ilin dekabr ayının sonuna Azərbaycanda pul bazası 17 milyard 937,6 milyon manat təşkil etmişdi. Beləliklə, pul bazası 7 ay ərzində 10,1% azalıb.
Eyni zamanda, 2022-ci ilin iyul ayında Azərbaycanda pul bazası 467,6 milyon manat və ya 3% artıb.
2021-ci ildə Azərbaycanda pul bazası ümumilikdə 32,2% artmışdı.