Tarixdə dördüncü pasient İİV-dən xilas ola bilib
Tarixdə dördüncü şəxs İİV-dən xilas ola bilib. Kaliforniyadakı müalicə mərkəzinin şərəfinə “City of Hope” ləqəbini əldə etmiş 66 yaşlı kişi pasient remissiya (xroniki xəstəliyin simptomlarının əhəmiyyətli dərəcədə zəifləməsi və ya tamamilə yox olması ilə xarakterizə olunan dövr) vəziyyətindədir. İİV-dən xilas olmuş yeni pasient barəsində tədqiqatların nəticələri artıq sabah Kaliforniyanın Monreal şəhərində start götürəcək İİV üzrə beynəlxalq konfransda təqdim olunacaq. Qeyd etmək lazımdır ki, ki, bu pasient 2022-ci ildə QİÇS-dən xilas olmağı bacarmış ikinci pasientdir. Hələ fevral aynda mütəxəssislər qeyd etmişdilər ki, Nyu-Yorkdan olan qadın pasient də remissiya vəziyyətindədir. “City of Hope” ləqəbli 66 yaşlı kişi pasient dayanıqlı remissiya vəziyyətinə, ona ilik sümüyünün transplantasiyası reallaşdırılandan sonra keçid edib.
Verilmiş məlumata əsasən bu şəxs, remissiya vəziyyətinə keçid etmiş ən yaşlı şəxsdir və onun uğuru İİV-dən və xərçəngdən əziyyət çəkən digər yaşlı pasientlər üçün bir ümid yeri ola bilər. “1998-ci ildə mənə İİV diaqnozu qoymuşdular. Həmin vaxtda digərləri kimi biz də düşünürdük ki, bu artıq ölüm hökmüdür. Mən, İİV-dən xilas olacağım günə qədər yaşaya biləcəyimi təsəvvür belə edə bilməzdim” - deyə 66 yaşlı pasient qeyd edib. 66 yaşlı pasientdə QİÇS-in ağır forması mövcud idi. Lakin o, daha öncə təcrübi olan antiretrovirus terapiyasından keçib. Hal hazırda bu cür terapiya sayəsində bütün dünyada QİÇS-dən əziyyət çəkən 38 milyon insan təhlükəsiz şəkildə yaşaya bilir. “City of Hope” ləqəbli pasient İİV ilə 31 il ərzində yaşayıb.
2019-cu ildə ona həmçinin leykemiya diaqnozu qoyulmuşdu və buna görə ona ilik sümüyünün transplantasiyası reallaşdırıldı. Transplantasiya edilmiş ilik sümüyü isə çox nadir mutasiyaya sahib donordan edilib. Bu cür ilik sümüyündə CCR5 geni mövcud deyil. Bu isə öz növbəsində belə mutasiyaya sahib insanlarda İİV-ə qarşı immunitet yaradır. 2021-ci ilin mart ayından başlayaraq 66 yaşlı pasient antiretrovirus dərman preparatlarının qəbulunu dayandırıb və həmin vaxtdan remissiya vəziyyətindədir. Lakin mütəxəssislər qeyd ediblər ki, aşağı intensivliyə sahib kimyəvi terapiya pasientin İİV-ə qalib gəlməsinə şərait yaratsa da, bu çox qəliz və əks təsirləri olan bir prosesdir. Buna görə də bu cür müalicə üsulu heç də bütün İİV xəstələri üçün keçərli deyil.