“Kia” yeni krossoverini təqdim edib – Fotolar
“Kia” şirkəti Avropa bazarı üçün yenilənmiş “XCeed” krossoverini təqdim edib. Avtomobil dəyişdirilmiş dizayn və yeni mühərrik çeşidi alıb. Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Standart versiyada “XCeed” 1.0 litrlik 118 at güclü “T-GDI” dizel mühərriki ilə təchiz edilib. Alternativ olaraq, 1.5 litrlik dörd silindrli benzin mühərriki də təqdim olunub.
Ön və arxa oturacaqlarda yükləmə üçün USB-C portları var. Eyni zamanda avtomobil “Android Auto” və “Apple CarPlay” dəstəkləyir. Bildirilir ki, yenilik bu yay istehsal edilməyə başlayacaq və sentyabrda satışa çıxacaq.