Avtomobil

Büdcə təşkilatı “Land Cruiser” aldı - 140 MİN MANAT XƏRCLƏDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi “Təhlükəli Tullantılar” MMC 1 ədəd “Toyota Land Cruiser 200” Premium sinifinə aid edilən avtomobilin alınmasına dair “Toyota-Bakı Mərkəzi” ilə tender müqaviləsi imzalayıb.

"BI" xəbər verir ki, bu satınalma müqabilində “Toyota-Bakı Mərkəzi”nə 139 750 manat ödəniləcək.

Xatırladaq kiötən ilin noyabr ayında Sumqayıt Dövlət Universiteti büdcə vəsaitləri hesabına “Toyota Abşeron Mərkəzi”ndən dəyəri 116 000manat olan “Land Cruiser” avtomobili alıb.





Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)