Sosial iqtisadiyyat

“Orta Dəhliz”lə əlavə yük axını cəlb ediləcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

ENA.az xəbər verir ki, bu barədə Rəşad Nəbiyev “Twitter“ hesabında yazıb.

O bildirib ki, görüşdə “Orta Dəhliz” vasitəsilə yükdaşımalara artan tələbin optimal şəkildə qarşılanması və dəhlizə əlavə yük axınının cəlb edilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uğurla fəaliyyət göstərdiyi vurğulayıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)