Çavuşoğlu: “Finlandiya və İsveçlə bəzi məsələlərdə fikir ayırılıqları qalır”
“NATO sammitindən bir neçə gün əvvəl Finlandiya və İsveç tələblərimizi qəbul etdi. Amma bəzi məsələlərdə fikir ayırılıqları var”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
“Madriddə müzakirələr davam etdi. Prezidentimiz Türkiyənin qırmızı xətlərini açıqladı. PKK NATO-nun terror siyahısındadır. İlk dəfə olaraq, YPG/PYD də NATO sənədlərinə düşdü. Finlandiya və İsveç NATO-ya üzvlük məsələsində Türkiyənin milli təhlükəsizliklə bağlı narahatlığına hörmət etməlidir”, – o söyləyib.