Baş katib: "Yen konsepsiyada Rusiya təhdid mənbəyi sayılacaq"
“NATO sammitində Rusiya Alyans üçün birbaşa təhdid sayılacaq və bu, NATO-nun gələcəyini qurmaq üçün plana çevriləcək, yeni Strateji Konsepsiya qəbul ediləcək”.
ENA.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 29-da sammitə gedərkən bildirib.
Eləcə də oxu: Türkiyə, İsveç və Finlandiya razılığa gəldi - VİDEO
“Biz ittifaqımız üçün yeni Strateji Konsepsiya qəbul edəcəyik. Bu, Alyansı gələcəkdə rəqabətli və təhlükəsiz dünyaya aparmaq, onun bir milyard vətəndaşının təhlükəsizliyini təmin etmək planına çevriləcək. Əvvəlki Strateji Konsepsiya 2010-cu ildə qəbul edilib. Orada Rusiya strateji tərəfdaş kimi qeyd olunub. Yeni Strateji Konsepsiyada Alyansın təhlükəsizliyinə əsas təhdid kimi Rusiyanın adı çəkiləcək”, - o vurğulayıb.