Uşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsait artırılır
![](https://ena.az/uploads/news/2022-06/_ena_fd597b960aed6a563eca4d71b_o.jpg)
Uşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsaitin daha 4 milyon manat artırılaraq 24 milyon manata çatdırılması nəzərdə tutulur.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.
Eləcə də oxu: Pensiyalar ARTIRILIR
Onun sözlərinə görə, bu artım uşağın doğulmasına görə müavinətin məbləğinin bu ilin əvvəlindən 200 manatdan 300 manata çatdırılması ilə əlaqədardır.