Təhsil naziri: "Vahid məktəbli formasına tədricən keçiləcək"
"Yeni tədris ilində bir çox yeniliklər olacaq".
ENA.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Lakin nazir yeniliklərin nədən ibarət olacağını açıqlamayıb. Onun fikrincə, bununla bağlı 2022-2023-cü tədris ilinin əvvəlində danışmaq daha doğru olar: "Qısa olaraq onu deyə bilərəm ki, yeni tədris ilində daha çox məktəbə İKT avadanlıqlarının verilməsinə və ondan düzgün istifadəyə diqqət yetiriləcək. Bəzi məktəblərdə bununla bağlı saylar dəqiqləşdirilir. Summativ qiymətləndirmənin, ümumilikdə bütün qiymətləndirmənin elektron qaydada keçirilməsi və valideynlərlə ünsiyyətin, elektron jurnalların artırılması planlaşdırılır".
Təhsil nazirinin sözlərinə görə, yeni tədris ilində innovativ məktəblərin yaranması da əsas hədəflər arasındadır.