Performance Center Co işçi axtarır - MAAŞ 1500-1800 AZN
Dəmirçi-Rəngsaz sexinin meneceri (Kordinatoru)
Son tarix 09 iyl 2022
- Servisə müraciət edən avtomobillərin əzilmiş hissələrininin təmirini və avtocilalama xidmətini təşkil etmək.
- Avtomobillərin təmir edilmiş hissələrini rənglənməsini təmin etmək
- Avtonəqliyyat vasitələrini təmir etmək üçün zəruri olan alətlərin təmin edilməsi ilə aidiyyəti şöbələrə müraciət etmək.
- İstifadə olunan alətlərin qorumasını və avadanlıqlara lazım olan texniki qulluğun göstərilməsinə nəzarət etmək
- Sığorta halları ilə bağlı daxil olan işlərin qiymətləndirilməsini və icrasını təmin etmək
- Sığorta şirkətləri ilə korporativ əməkdaşlıq aparmaq.
- Şirkətin strukturu və idarəetmə prinsiplərini öyrənmək, subordinasiya və etika qaydalarına riayət etmək
- Vəzifəsinin icrası ilə əlaqədər tapşırıqları yerinə yetirmək
- Əməyin mühafizəsi, əmək, nizam-intizam, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena qaydalarına riayət etmək
- Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq
- Rəhbərlik tərəfindən verilən digər göstərişləri vaxtında və düzgün qaydada yerinə yetirmək.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Texniki ali təhsil
- Yaş həddi: 26-40;
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili arzuolunandır;
- Texniki əməliyyatlarının planlaşdırılması sahəsində təcrübənin olması;
- Müasir avtotexnikanın quruluşunu və təmir texnologiyalarını yüksək səviyyədə bilməli;
- Təhlükəsizlik texnikası və texniki şərtlər haqqına məlumatın olmalı;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı olmalı;
- Dəqiq, intizamlı, stresədayanıqlı və işinə qarşı məsuliyyətli olmalı.
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 1500-1800 ₼
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Dəmirçi-Rəngsaz sexinin meneceri” qeyd etməklə cv@performance-center.az elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.